Azadsöz.az xəbər verir ki, Əziz Əşrəf oğlu Şərifov Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.
Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Əziz Şərifov Hesablama Palatasında müxtəlif vəzifələrdə çalışıb. 4 iyun 2018-ci il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Maliyyə və təminat şöbəsinin müdiri vəzifəsinə təyin olunub.