Azadsöz.az xəbər verir ki, Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt klubu ilə yeni müqavilə imzalayıb.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 30 iyun 2026-cı il tarixinədək nəzərdə tutulub.
Yulian Brandt “Bayer Leverkuzen”in yetirməsidir. O, 2019-cu ildən “Borussiya”da çıxış edir. Alman futbolçu bu mövsüm Dortmund klubunda bütün turnirlərdə 34 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.