Azadsöz.az xəbər verir ki, məşhur “WhatsApp” mesencerinin tərtibatçıları statuslarla bağlı populyar funksiyanı təkmilləşdirəcəklər. Belə ki, mesencerdə dərc olunan statuslar birbaşa “Facebook” sosial şəbəkəsində görünə biləcək.
Seçimi “status məxfilik parametrləri”ndə aktivləşdirmək mümkün olacaq. İstifadəçilər status yeniləmələrini artıq “Facebook”un “hekayə” bölməsində paylaşmaq istəmədiklərini qərara alanda isə bu seçimi bağlaya bilərlər.
Funksiyanın gələcəkdə “Instagram” üçün də tətbiq olunması planlaşdırılır.
Opsiya hazırda “WhatsApp”ın iOS 23.7.0.75 üçün beta versiyasında mövcuddur və gələcək yeniləmədə buraxılacaq.