Azadsöz.az xəbər verir ki, görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin yeri məlum olub.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, abidənin Səbail rayonu, Neftçilər prospekti ilə Şövkət Ələkbərova küçəsinin kəsişməsində, Bakı funikulyoru ilə üzbəüz yaşayış binasının yaxınlığındakı parkda qoyulmağı nəzərdə tutulur.