16 Sentyabr 2024 22:56

“Azadsöz.az” xəbər saytı 2 yaşını belə qeyd etdi-FOTO/VİDEO

Xəbər  verdiyimiz  kimi 22.03.2021-ci il tarixindən fəaliyyətə başlayan  “Azadsöz.az”  xəbər  saytının  xidmət  göstərməsindən  2 il  ötdü.Bu münasibətlə  Göyçayda  yerləşən  məkanların  birində  özəl  gün  qeyd  edilib.

Həmin  xoş  gündə “Azadsöz.az”  xəbər  saytının təsisçisi və  baş redaktoru  Səbuhi  Eltonlu,   “Dövlət” informasiya agentliyinin əməkdaşı Gülşən  Muradova, “Azpresstv.info.az”   xəbər  saytının  əməkdaşı  Zəka  Nağıyev, Göyçay  Rayon  İcra  Hakimiyyətinin operatoru və  media  nümayəndəsi Arif   Heydərov, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik İdarəsinin rəhbəri   Ruslan  Məmmədov  və Göyçay  rayonunun  Qaraməryəm  kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi  Nicat  Mahmudov  iştirak  edib.

Xüsusi  gün  üçün  hazırlanmış  tort  kəsilib. 

Çay süfrəsi  arxasında  keçən görüşdə  çıxış  edənlər  “Azadsöz.az”  xəbər  saytının təsisçisi və  baş redaktoru  Səbuhi  Eltonlunu  xoş  gün  münasibətilə  təbrik  ediblər.Şərəfli və son dərəcə məsuliyyət tələb edən işində yeni-yeni uğurlar arzulayıblar.

Səbuhi Eltonlu  diqqət və təbriklərə  görə qonaqlara  minnətdarlığını bildirib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.