Azadsöz.az xəbər verir ki, müğənni Manaf Ağayevin oğlu Müşfiq Ağayev həbs olunub.
Müşfiq Ağayev avtomobil idarə edərkən təhlükəsizlik kəməri taxmadığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
Saxlanılarkən Müşfiq Ağayevin çox ağır şəkildə sərxoş olduğu məlum olub və o, polislərlə mübahisəyə girişib, onları ağır formada təhqir edib.
Onun haqqında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün protokol tərtib olunub, bundan əlavə, faktla bağlı məlumatlar məhkəməyə təqdim edilib.
Səbail rayon məhkəməsinin qərarı ilə Müşfiq Ağayev 5 sutka həbs edilib.