Azadsöz.az xəbər verir ki, bu gün rayonun Qarabaqqal kənd sakini Yəhyayev Həsən Fəxrəddin oğluna məxsus birmərtəbəli 3 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğın zamanı ümumi sahəsi 85 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin dam örtüyünün taxta atmaları 2 m² sahədə, mətbəxinin döşəməsi 2 m² sahədə, 1 otağında yataq dəsti, tavan və döşəmə 11 m² sahədə yanıb.Evin qalan hissəsi yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.