Azadsöz.az xəbər verir ki,Dövlət Sosial Müdafiə Fondu Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə pensiya və sosial müavinət alan şəxslər arasında 2-ci Respublika Şahmat Turniri təşkil edir. Turnirdə yaşı 50-dən yuxarı olan bütün benefisiarlarımız iştirak edə bilərlər.
Bildirək ki, 2-ci Respublika Şahmat Turniri Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsi tərəfindəndə keçiriləcək.
Qeyd edək ki, şahmat yarışında iştirak etmək istəyən rayon sakinləri martın 1-dən aprelin 1-dək tək şəxsiyyət vəsiqəsilə Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər.