21 Noyabr 2024 19:23

“Zaur”un “Təhminə”si Azərbaycanda yeni filmə çəkilir-VİDEO

Azadsöz.az xəbər verir ki,  Xalq yazıçısı Anarın əsəri üzrə çəkilmiş məşhur filmin Təhminəsi kimi tanınan türkiyəli aktrisa Meral Konrat yenidən Azərbaycan filmində rol alıb. 

Aktrisa 30 ildən sonra “Elçilik” adlanan ekran işi ilə tamaşaçıların görüşünə gələcək. Film komediya janrındadır. 

Aktrisa “Bütün Azərbaycana sevgilərimi göndərirəm. Çox yaxında kinoteatrlarda sizinlə möhtəşəm heyət, çəkilişlə birgə, komediya filmi ilə qarşınızda olacağıq”, – deyə o, şəxsi “Instagram” səhifəsində izləyicilərə məlumat verib. 

Meral Konrata sənətçi həmkarlarından çoxlu dəstək gəlib. Azərbaycan izləyiciləri şərhlərdə aktrisanı yenidən filmdə görməyə şad olduqlarını yazıblar.

Qeyd edək ki, layihədə müğənni Xatun, aparıcılar Elgiz Əkbər, Pərvanə Tahirqızı, Teymur Məmmədov və Firuzə Balayeva da rol alıblar. 

Film mart ayında nümayiş olunacaq. Ekran işinin baş prodüseri Toğrul Hüseynli, quruluşçu rejissoru İlham Yaşaroğlu, ssenari müəllifi isə Əcəmi Əsədulladır. 

 

 

Mənbə:  Oxu.az
İstanbul trv istanbul travestileri