Azadsöz.az xəbər verir ki, Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar olaraq, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Sanitar-Təmizlik və Abadlaşdırma Təmir şöbəsinin işçi kollektivi tərəfindən Göyçay Şəhidlər Xiyabanında təmizlik işləri aparılıb, ağac əkilib.
Belə ki, ilkin olaraq Şəhidlər Xiyabanın çöl hissəsində yerləşən ərazi məişət tullantılarından, plastik qablardan və polietilen torbalardan təmizlənərək süpürülüb,həmin ərazi səliqəyə salınıb. Daha sonra səliqəyə salınan torpaq sahəsi texnika vasitəsilə şumlanaraq hamarlanıb, pavlonya ağacı əkilib.
Sonra görülən işlər Şəhidlər Xiyabanında davam etdirilib.Xiyabanın ərazisi süpürülərək təmizlənib.Məzarların, ziyarətgah məşəlinin üstü və mərmər döşəmələr yuyulub, Azərbaycanın və Türkiyənin dövlət bayraqları asılıb, pavlonya ağacı əkilib.Əkilən ağaclara aqrotexniki qulluq olunub.