03 May 2024 15:56

Fərqliliyimiz Uğurumuzdur

Azərbaycanın xalq artisti vəfat etdi

Azadsöz.az xəbər verir ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Beynəlxalq opera festivalları laureatı, Azərbaycanın Xalq artisti, Prezident mükafatçısı, baş opera müğənnisi Əli Əsgərov 62 yaşında müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd edək ki, Əli Əsgərov 1961-ci ildə Bakı şəhərində anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının vokal şöbəsini və aspiranturasını bitirib, 1990-cı ildən teatrın solistidir.