23 Noyabr 2024 08:35

“Google Chrome”da yeni funksiyalar işə salındı

Azadsöz.az xəbər verir ki, “Google” 2022-ci ilin dekabrından sınaqdan keçirilən yaddaşa və enerjiyə qənaət imkanlarını tətbiq etməyə başlayıb.

Məlumata görə, yaddaşa qənaət funksiyası RAM-ı avtomatik olaraq arxa plandakı pəncərələrdən azad edir. Üstəlik, onlar bağlanmır və görünən olaraq qalır. Həmin səhifələrə keçdiyiniz zaman onlar yenidən yüklənir.

Enerjiyə qənaət rejimi, adından da göründüyü kimi, arxa fonda brauzerin fəaliyyətini və vizual effektləri məhdudlaşdırmaqla, animasiyaları və videoların kadr tezliyini azaltmaqla enerji istehlakına qənaət edir.

Yeniliklər artıq “Chrome” brauzerinin bəzi istifadəçiləri üçün əlçatandır.

Qeyd olunur ki, hər iki funksiya avtomatik aktivləşdirilir.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul