01 May 2024 03:49

Fərqliliyimiz Uğurumuzdur

Dövlət qulluğu və doktoranturaya qəbul imtahanlarının-TARİXİ

Azadsöz.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzi növbəti dövlət qulluğu, peşəkar mühasib sertifikatı və doktoranturaya qəbul imtahanlarının tarixlərini açıqlayıb.

İmtahanların qrafiki Mərkəzin saytının “Təqvim” bölməsinə də əlavə edilib.

Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik. İştirakçıların nəzərinə çatdırırıq ki, imtahanların qrafikində respublikamızda sanitar-epidemioloji vəziyyətdən və digər hallardan asılı olaraq dəyişiklik edilə bilər. İmtahan tarixləri ilə bağlı hər hansı dəyişiklik olarsa, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

 

Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 12 mart
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 30 aprel
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 7 may
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 14 may
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı 14 may
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 18 iyun
• Doktoranturaya qəbul olmaq istəyən namizədlər üçün xarici dil imtahanı

• Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı

18 iyun
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 18 iyun
Doktorantura (danışıq bloku) 23-25 iyun
Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı 19 iyun
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 30 iyul
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 13 avqust
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 3 sentyabr
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı 3 sentyabr
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 17 sentyabr
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 8 oktyabr
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 8 oktyabr
Dövlət qulluğu vəzifələri (A növü) üzrə test imtahanı 12 noyabr
Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçiriləcək test imtahanı 12 noyabr
Peşəkar mühasib sertifikatı imtahanı (I mərhələ) 12 noyabr
Peşəkar mühasib sertifikatı imtahanı (II mərhələ) 26 noyabr
Doktorantura və dissertanturada təhsil alanlar üçün xarici dil imtahanı 10 dekabr
Doktorantura və dissertanturada təhsili alan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycan dili (dövlət dili) imtahanı 10 dekabr
Dövlət qulluğu vəzifələri (B növü) üzrə test imtahanı 17 dekabr
Doktorantura (danışıq bloku) 17 dekabr
PAGE TOP