21 May 2024 20:31

Mədət Quliyev Faiq Ağayevi təltif etdi -FOTOLAR

Azadsöz.az xəbər verir ki, Xalq artisti Faiq Ağayev “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi” yubiley medalı ilə təltif olunub.

Bu barədə Faiq Ağayev sosial media hesabında məlumat verib.

“Medalı mənə cənab nazir, Milli Qəhrəman, sayqıdəyər Mədət Quliyev təqdim etdi. Göstərdiyiniz diqqətə, verdiyiniz qiymətə görə qəlbən minnətdaram, əziz Mədət müəllim!” – deyə F.Ağayev qeyd edib.