Azadsöz.az xəbər verir ki, məlumat verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən qardaş ölkəyə böyük sayda çadırlar çatdırılıb.
Bu barədə FHN məlumat yayıb.
FHN-in xilasediciləri zəlzələdən ziyan çəkmiş insanların yerləşdirilməsi üçün Kahramanmaraş rayonunda çadırların qurulmasını həyata keçirirlər.