Azadsöz.az xəbər verir ki, 2022-ci ildə Göyçay rayonunda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən əsasən 381485,6 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,7 faiz çox ümumi daxili məhsul istehsal edilmişdir.
Məhsul və xidmətlərin 63,3 faizi istehsal sahələrinin, 36,7 faizi isə xidmət sahələrinin payına düşmüşdür.
Məhsul və xidmətlərin 41320,3 min manatı və ya 10,8 faizi sənayedə,183613,6 min manatı və ya 48,0 faizi kənd təsərrüfatında, 16579,9 min manatı və ya 4,3 faizi tikintidə, 4895,4 min manatı və ya 1,3 faizi nəqliyyatda, 2159,5 min manatı və ya 0,6 faizi rabitədə, 132916,9 min manatı və ya 35,0 faizi ticarət və xidmət sahələrində istehsal edilmişdir.
Sənaye.2022-ci ildə sənaye istehsalı indeksi 103,4 faiz təşkil etmişdir.
Sənaye məhsulunun 83,1 faizi emal sənayesinin, 15,8faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrinin payına düşür.
Kənd təsərrüfatı. 2022-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri183613,6 minmanat təşkil etmişdir ki, onun da 63127,9 minmanatı heyvandarlıq, 120485,7 minmanatı isə bitkiçilik məhsullarının payına düşür.
Bitkiçilik.2022-ci il üçün 19700,5 hektar sahədə kənd təsərrüfatı bitkilərinin cəmi əkini aparılmışdır. Bunun 12695,0 hektarı dənli və dənli paxlalı bitkilər, 926,5 hektarı kartof, tərəvəz və bostan bitkiləri, 6079,0 hektarı çoxillik otlardır.
2022-ci ildə dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 100,0 faizi (12695,0 hektar) biçilmiş və həmin sahələrdən 43493,1 ton (keçən il 43355,4 ton) taxıl məhsulu götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 34,3 sentnertəşkiletmişdir.
Dənli və dənli paxlalıların tərkibində payızlıq buğda və arpa əsas yer tutur. Toplanmış taxıl məhsulunun 21395,0 tonu (49,2 faiz) buğda, 20610,0 tonu (47,4 faiz) arpa, 1234,5 tonu (2,8 faiz)çəltik, 251,6 tonu (0,6 faiz) qarğıdalı və 2,0 tonu darı təşkil edir. Ötən illə müqayisədə 518,5 ton (2,4 faiz az) buğda,21,3 ton (0,1 faiz çox) arpa, 34,6 ton (12,1 faiz az) qarğıdalı, 667,5 ton (2,2 dəfə çox) çəltik istehsal edilmişdir.
2022-ci ildə 50515,3 ton tərəvəz, 3072,0 ton kartof və 1277,2 ton bostan məhsulları toplanmışdır. Ötən illə müqayisədə 1768,5 ton (3,4 faiz az) tərəvəz,799,5 ton (35,2 faiz çox) kartof, 607,2 ton (90,6 faiz çox) bostan məhsulları toplanmışdır.
2022-ci ildə rayon üzrə 39682,5 ton, keçən illə müqayisədə 1955,5 ton və ya 5,2 faiz çox yem bitkiləri istehsal olunmuşdur.
Təkrar əkindən 105,0 ton qarğıdalı, 48,0 ton darı, 181,5 ton çəltik, 33,0 ton soya, 2448,0 ton yem üçün qarğıdalı məhsulları toplanmışdır.
Cari ildə rayonun ayrı-ayrı təsərrüfatlarından meyvə sahələrinin 192,9 hektar artması barədə hesabatlar daxil olmuşdur. Hazırda 6847,0 hektar meyvə və giləmeyvə bağları mövcuddur ki, bunun da 6404,2 hektarı və ya 93,5 faizi meyvə verən yaşda olan ağaclardır.
2022-ci ildə 88336,8 ton meyvə və giləmeyvə yığılmışdır.Keçən ilin müvafiq dövrünə nisbətən meyvə və giləmeyvə istehsalı 63,4 ton artmışdır.
Heyvandarlıq.2022-ci ildə quş əti də daxil olmaqla diri çəkidə 8445,0 ton ət, 19840,0 ton süd, 19378,0 min ədəd yumurta, 124,0 ton yun,bundan başqa 4,5 ton barama istehsal olunmuşdur.
2023-cü il yanvarın 1-i vəziyyətinə 36150 baş iribuynuzlu mal-qara, o cümlədən 17856 baş inək və camış, 57530 baş qoyun və keçi mövcud olmuşdur.
Tikinti.2022-ci ildə iqtisadivə sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 6785,5 min manat vəsait yönəldilmiş, onun 90,1 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmişdir. Əvvəlki illə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 66,5 faiz, tikinti-quraşdırma işlərinə sərf edilmiş vəsaitin həcmi isə 96,1 faiz çox olmuşdur. İstifadə edilən investisiyanın 3738,7 min manatı dövlət mülkiyyətinin, 3046,8 min manatı isə qeyri-dövlət mülkiyyətinin payına düşür.
Tikinti müəssisələri tərəfindən 2022-ci ildə 16579,9 min manatlıq inşaat işləri görülmüşdür ki, bu da əvvəlki illə müqayisədə 8988,9 min manat və ya 2,2 dəfə çox olmuşdur.
Pərakəndə ticarət və ödənişli xidmət.2022-ci ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədi ilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 415365,6 min manat olmaqla 2021-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 55922,1 min manat və ya 0,9 faiz artmışdır.
2022-ci ildə əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,2 faiz artaraq 66825,3 min manat olmuşdur.
Nəqliyyat, informasiya və rabitə.2022-ci ildə avtomobil nəqliyyatı müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 658,0 min ton yük və 10116,0 min nəfər sərnişin daşınmışdır. Əvvəlki illə müqayisədə 73,0 min ton və ya 12,5 faiz yük, 2062,0 min və ya 25,6 faiz sərnişin daşınması çox olmuşdur.
2022-ci ildə informasiya və rabitə müəssisələri tərəfindən əhaliyə,müəssisə və təşkilatlarafaktiki qiymətlərlə 2159,5 min manatlıq və ya əvvəlki illə müqayisədə 180,3 min manat və ya 9,1 faiz çox xidmət göstərilmişdir.
Demoqrafik vəziyyət. 2023-cü il yanvar ayının 1-i vəziyyətinə əhalinin sayı 789 nəfər və ya 0,6 faiz artaraq 123795 nəfərə çatmışdır.
Əhalinin ümumi sayından 37380 nəfəri (30,2 faizi) şəhər, 86415 nəfəri (69,8 faizi) kənd sakinləridir. Əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkiledir.
2022-ci ilin yanvar-dekabr ayları ərzində1519 doğulan körpə və 796 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi 12,3, ölüm səviyyəsi isə 6,4 təşkil etmişdir.
2022-ci ildə Qeydiyyat şöbələri tərəfindən718 nikah və 160 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinənikahların sayı 5,8, boşanmaların sayı 1,3 olmuşdur.
Cari ilin yanvar-dekabr ayları ərzində daimi yaşamaq üçün 82 nəfər gələn və 16 nəfər gedən qeydə alınmış, miqrasiya saldosu müsbət 66 nəfər təşkil etmişdir.
Əməkhaqqı və yeni iş yerləri.01yanvar 2023-cü il vəziyyətinə rayonun iqtisadiyyatında məşğul olanların sayı 58916 nəfər olmaqla rayon əhalisinin 47,6 faizini təşkil edir.
Məşğul əhalinin 11777 nəfəri və ya 20,0 faizi muzdla işləyənlərdir. Əhalinin həyat səviyyəsinin yüksəlməsinə təsir edən orta aylıq nominal əməkhaqqı 2022-ci ilin yanvar-noyabr ayları üzrə 512,5 manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,9 faiz artmışdır.
Dövlət Məşğulluq Agentliyinin yerli qurumunda rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2022-ci ildə 914 nəfər olmuşdur.
2023-ci il yanvar ayının 1-i vəziyyətinə 61 yeni iş yeri açılmışdır ki, bunların da hamısı daimi iş yerləridir.Açılmış iş yerlərindən 11-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 50-si mövcud müəssisə və təşkilatlarda olmuşdur.
Kənd təsərrüfatı və ərzaq məhsullarının qiymətləri.2022-ci ilin dekabr ayında 2022-ci ilin noyabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından kartof, soğan, göyərti, sarımsaq, alma, armud, heyva, xurma, naringi, üzüm, quş əti, yumurta, kərə yağı, uzun düyü, pendir, şəkər, karamel, peçenyenin qiymətləri bahalaşmışdır. Eyni zamanda kök, süfrə çuğunduru, buğda unu, qarabaşaq yarmasının qiymətləri ucuzlaşmışdır.
2022-ci ilin dekabr ayında 2021-ci ilin dekabr ayı ilə müqayisədə kənd təsərrüfatı və ərzaq məhsullarından mal əti, qoyun əti, quş əti, kərə yağı, buğda unu, uzun düyü, pendir, qarabaşaq yarması, manna yarması, şəkər, şəkər tozu, karamel, peçenyenin qiymətləri bahalaşmışdır.
Digər malların qiymətlərində ciddi dəyişiklik olmamışdır.
Təhsil.2022/2023-cü tədris ilinin əvvəlinə 1420 uşağın təlim-tərbiyəsi ilə məşğul olan 34 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. 1922 nəfər müəllimin çalışdığı, 18462 nəfər şagirdin təhsil aldığı 57 dövlət ümumtəhsil məktəbi var. Bundan başqa 102 nəfər müəllim kollektivinin çalışdığı, 1514 nəfər tələbənin təhsil aldığı Dövlət İdarəetmə və Texnologiya Kolleci və 50 nəfər müəllim və mühəndisin çalışdığı, 452 nəfər tələbənin təhsil aldığı Peşə Liseyi fəaliyyət göstərir.
Mədəniyyət. 311,7 min nüsxə kitab fondu olan 37 kütləvi kitabxana, 10 mədəniyyət evi, 17 klub, 1uşaq musiqi məktəbi, 3 muzey fəaliyyət göstərir. 2022-ci ildə kitabxanalarda 30,9 min nəfər oxucu olmuş, muzeylərə fərdi gələnlərin sayı 3,0 min nəfər, ekskursiyaya gələnlərin sayı 12,0 min nəfər olmuşdur.
Səhiyyə. 2023-cü ilin əvvəlinə fəaliyyət göstərən 1 xəstəxana, 17 həkim məntəqəsi, 31 tibb məntəqəsi və 1 təcili yardım müəssisəsində 152 nəfər həkim, 440 nəfər orta tibb işçisi çalışmış, əhalinin hər 10000 min nəfərinə 12 həkim, 36 orta tibb işçisi düşmüşdür.
2022-ci ildə qeydə alınmış xəstəliklər arasında tənəffüs orqanlarının, qan dövranı sisteminin, həzm sisteminin, sümük-əzələ və birləşdirici toxumanın, qan və qanyaradıcı orqanların, əsəb sistemi və hissiyyat orqanlarının xəstəlikləri üstünlük təşkil etmişdir.
Pensiya, sosial təminat. 2023-cü il yanvarayının 1-i vəziyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxsin2 saylı Mərkəzi Aran Regional filialında Göyçay rayonu üzrə 11286 nəfərə pensiya, 6296 nəfərə sosial müavinət, 4680 nəfərə təqaüd, 1170 nəfərə birdəfəlik müavinət ödənilmişdir. Bundan başqa 151 aztəminatlı ailəyə ünvanlı dövlət sosial yardımıtəyin edilmişdir.
İdman. Rayonda Olimpiya İdman Kompleksi, 181 idman qurğusu, 1-1,5 min yer tutan stadion, 39 qapalı idman zalları, 3 idman məktəbi fəaliyyət göstərir.
Hüquqpozmalar.Göyçay Rayon Polis Şöbəsində 2022-ci ildə 204 cinayət hadisəsi qeydə alınmışdır ki, bu da əhalinin hər on min nəfərinə hesabı ilə 16,5 hadisə təşkil edir. Qeydə alınmış cinayətlərin 49-u ağır və xüsusilə ağır xarakterli cinayətlərə aiddir.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı
(2019-2023-cü illər)
2019-2023-cü illər üzrə yeni qəbul olunmuş “Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”na uyğun olaraq yerli əhəmiyyətli avtomobil yollarının,eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davamı olaraq Hacalıkənd-Qaraman-Ləkçıplaq-Yalman, Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli kəndlərarası avtomobil yollarının tikintisi başa çatdırılmışdır.
Yataqxana binalarında məskunlaşmış mənzil şəraiti ağır olan köçkün ailələri üçün 80 mənzilli, həmçinin özəl investisiya hesabına 20 və 12 mənzilli yaşayış binaları inşa edilib. Əli Kərim adına parkda və Şəhidlər Xiyabanında abadlıq-quruculuq işləri aparılmışdır. Şəhər istirahət parkında Uşaq Əyləncə Mərkəzinin tikintisi davam etdirilir. İkinci Vətən müharibəsində həlak olmuş Şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün şəhər və kəndlərdə 33 bulaq inşa edilmiş, Şəhidlər Xiyabanına gedən yol abadlaşdırılmış və yeni asfalt örtüyü salınmışdır. Xiyabanda Şəhidlərin xatirəsinə həsr edilmiş “Bulaq kompleksi” istifadəyə verilmişdir.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Regional Məşğulluq Mərkəzi filialında 914 nəfər işaxtaran qeydə alınmış, onlardan 400 nəfər işlə təmin olunmuş,365 nəfər “Özünüməşğulluq proqramı”na , 85 nəfər peşə hazırlığına cəlb olunmuşdur.
Göyçay şəhərində 3, 4 və 8 saylı, Müskürlü, Qarabaqqal və Çayarxı kəndlərində uşaq bağçaları istifadəyə verilmiş,Çaxırlı, Ləkçıplaq kənd 1 nömrəli tam orta vəÇaxırlı kənd ümumi orta məktəblərinin əsaslı təmiri işləri başa çatdırılmışdır.
Şəhər 6 nömrəli tam orta məktəbinin əsaslı təmiri və Bığır kənd 3 nömrəli tam orta məktəbi üçün yeni binanın tikintisi işlərinə başlanılmışdır.
MAKROİQTİSADİ GÖSTƏRİCİLƏR
2022-ci il,
faktiki
|
2022-ci il
2021-ci ilə nisbətən, faizlə |
|
Ümumidaxiliməhsul , min manat | 381 485,6 | 111,7 |
Sənayeməhsulu, min manat | 41 320,3 | 103,4 |
Əsaskapitalayönəldilmişvəsaitlər, min manat | 6 785,5 | 166,5 |
Kəndtəsərrüfatıməhsulu , min manat | 183 613,6 | 100,6 |
Nəqliyyatsektorundayükdaşınması,min ton | 658,0 | 112,5 |
Nəqliyyatsektorundasərnişindaşınması,min sərnişin | 10 116,0 | 125,6 |
İnformasiyavərabitəxidmətləri, min manat | 2 159,5 | 109,1 |
Pərakəndəticarətdövriyyəsi, min manat | 415 365,6 | 100,9 |
Əhaliyəgöstərilənödənişlixidmətlər, min manat | 66 825,3 | 108,2 |
Ortaaylıq nominal əməkhaqqı, manat | 512,5 | 115,9 |