23 Noyabr 2024 19:40

Göyçayda “Təmiz Şəhər” adlı layihə çərçivəsində maarifləndirici görüş keçirilib-VİDEO

Azadsöz.az xəbər verir ki, Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayevin tapşırıq və tövsiyələrinə əsasən rayonda  abadlıq-quruculuq və təmizlik  işləri  geniş vüsət alıb.

6 fevral 2023-cü il  tarixdə Göyçay rayon Heydər Əliyev  prospekti 87 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarının həyətinda  maarifləndirici görüş keçirilib.

Görüşdə Göyçay  Rayon İcra Hakimiyyəti yanında  Şəhər Təsərrüfatı Birliyi  İdarəsinin Sanitar-Təmizlik  şöbəsinin rəhbəri Ruslan Məmmədov,  Göyçay İcma İnkişaf Mərkəzinin rəhbəri Elşən  Süleymanov, Göyçay Rayon Hakimiyyəti Yanında İctimai Nəzarət  Şurasının sədri  Zöhrab Rasulov, KİV  nümayəndələri və sözügedən binaların  sakinləri  iştirak  ediblər.

Görüş  zamanı  rayonun Heydər Əliyev  prospekti daxil olmaqla   küçələrə  sanitar təmizliyin yaxşılaşdırılması məqsədilə məişət tullantılarının yığılması üçün nəzərdə tutulan  konteynerlərin qoyulmasına baxmayaq  bəzi  rayon sakinləri  məişət tullantılarını konteynerlərə atmayaraq  kənar  yerə  qoymaqla  rayonun təmizliyinə diqqət  etmədikləri qeyd olunub.Bunun  üçün  rayon sakinləri  ilə bu cür maarifləndirici görüşlərin  mütamadi olaraq keçirilməsi  vurğulanıb.

Qeyd  edək ki, Göyçayda “Təmiz Şəhər” adlı layihə çərçivəsində maarifləndirici görüşlər  rayonun  bütün  küçlərində  mərhələli  şəkildə  keçiriləcək.

 

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul