Azadsöz.az xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdə həyatını itirənlərin sayı 1498-ə yüksəlib. Zəlzələlərdə 8 min 533 nəfər xəsarət alıb, 2 min 834 bina dağılıb.
Kahramanmaraşın Pazarcık rayonunda baş verən 7,7 bal gücündə zəlzələdən sonraTürkiyəni sarsıdan zəlzələdən 9 saat sonra bu dəfə eyni bölgədə 7,6 bal gücündə daha bir zəlzələ baş verib.
Türkiyədəki təbii fəlakətlə əlaqədar beynəlxalq yardım üçün NATO və Aİ-dən başqa 45 ölkə yardım təklif edib.