23 Noyabr 2024 09:51

Milli Məclisin yaz sessiyasının işlər planı təsdiqləndi

Azadsöz.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında 2023-cü il yaz sessiyasının qanunvericilik işlər planı müzakirəyə çıxarılıb.

Sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Heydər Əliyev – 100” yubiley medalının təsis edilməsi haqqında”, Rəqabət Məcəlləsinin layihəsi, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında”, “Ali təhsil haqqında”, “Qeyri-maddi mədəni irsin qorunması haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihələridir.

Bundan başqa, işlər planına digər qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılması da daxil edilib.

Sessiya ərzində həmçinin Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin, seçki hüququ olan 40 min vatandaşın qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul