Azadsöz.az xəbər verir ki, 30 yanvar 2023-cü il tarixdə Göyçayda “məişət tullantılarının yaratdığı problemlər, təkliflər və həll yolları ” mövzusunda ictimai dinləmə keçirilib.
Tədbirdə Göyçay şəhər icra nümayəndəsi Seymur Soltanov, Göyçay rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyində fəaliyyət göstərən Sanitar-Təmizliyin rəhbəri Ruslan Məmmədov, 8 saylı Regional Ekologiya şöbəsinin nümayəndəsi, Göyçay şəhər bələdiyyəsinin sədri Cavid Rəhimov, Yeni İctimai Nəzarətçilər Birliyi, Göyçay rayonunun Potu və Ərəbcəbirli kənd bələdiyyələrinin sədrləri və ictimai nümayəndələri iştirak ediblər.
Görüşdə Göyçayda və kəndlərdə məişət tullantılarının gündəlik olaraq daşınması, bununla yanaşı təmizlik zamanı sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə əməl olunması, rayonun təmizliyi üçün görülmüş və görüləcək işlərlə bağlı ictimai dinləmə olub.
Çıxışlarda rayonda ekoloji tarazlığın qorunmasında aidiyyatı qurumların cavabdehliyi ilə yanaşı vətəndaşların məsuliyyətli olması vurğulanıb.Bunun üçün təmizliklə bağlı sakinlər arasında maarifləndirmə işlərinin aparılması xüsusilə qeyd olunub.