Azadsöz.az xəbər verir ki, Pakistanın Pişəvər şəhərində məsciddə partlayış nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Terror aktı qurbanlarının əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları olub.
Yaralıların sayı 200 nəfəri ötüb.
Yerli Xilasetmə Xidmətinin məlumatına görə, məscidin dağıntıları altından insanların xilas edilməsi əməliyyatı başa çatıb.