Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə” 23 fevral 2009-cu il tarixli fərmanını ləğv edib.
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.