Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə fərman imzalayıb.
“Hədəfli maliyyə sanksiyaları haqqında” qanun Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) aidiyyəti qətnamələrinə uyğun olaraq terrorçuluğun, terrorçuluğun maliyyələşdirilməsinin, kütləvi qırğın silahlarının yayılmasının və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinin qarşısının alınması məqsədilə hədəfli maliyyə sanksiyalarının (HMS) tətbiqinin hüquqi əsasını və qaydasını müəyyən edir.