23 Noyabr 2024 16:10

Gürcüstan və Ermənistan arasında pasport rejimi ləğv edildi

Azadsöz.az xəbər verir ki, Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan İrəvanda iki ölkə vətəndaşlarına şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər etməyə icazə verən saziş imzalayıblar.

Bu barədə Gürcüstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“İqtisadi hökumətlərarası komissiya başa çatdıqdan sonra Gürcüstan və Ermənistanın baş nazirləri sənəd imzalayıblar ki, ona əsasən Gürcüstan və Ermənistan Respublikası arasında mövcud vizasız rejim daha da sadələşdirilib və bundan sonra vətəndaşlar biometrik şəxsiyyət vəsiqələri ilə sərhədi keçəcəklər” – məlumatda deyilir.

Qeyd edildiyi kimi, hökumətlərarası komissiyanın iclasında Gürcüstan və Ermənistan hökumətlərinin üzvləri, eləcə də müxtəlif departamentlərin nümayəndələri iştirak ediblər. 

Ankara escort İstanbul Travesti Shemale İstanbul