Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Çərəkə kənd sakinləri “Azərişıq” ASC-yə elektrik dirəklərinin yararsız vəziyyətdə olması və yeni transformatorun quraşdırılması barədə etdikləri müraciət müsbət həllini tapıbdır.
Belə ki, 12 yanvar 2023-cü il tarixdə “Azərişıq” ASC-nin “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satış İdarəsinin Göyçay Elektrik Şəbəsi tərəfindən kəndin 55 fərdi yaşayış evini elektrik enerjisi ilə təmin edən 16 ədəd yeni elektrik dirəkləri bərpa edilərək əlavə güc transformatorun quraşdırılması işlərinə başlanılaraq həmin ərazidə yaşayan sakinlərin elektrik enerjisi ilə təchizatının dayanıqlı və keyfiyyətli olmasına şərait yaradılıb.
Qeyd edək ki, rayonda yenidən qurma, abadlıq və quruculuq işləri davamlı olaraq görüləcəkdir.