03 May 2024 17:03

Fərqliliyimiz Uğurumuzdur

“Mançester Yunayted”dən yeni transfer

Azadsöz.az xəbər verir ki,  “Mançester Yunayted” heyətinə yeni futbolçu qatıb.

“Bernli”dən Vaut Veqorstu icarəyə götürüb. Niderlandlı forvardla mövsümün sonuna kimi müqavilə imzalanıb.

31 yaşlı oyunçu mövsümün əvvəlindən icarə əsasında “Beşiktaş”da çıxış edirdi. İstanbul təmsilçisinin futbolçu ilə müqaviləsi isə mövsümün sonunadək idi. Lakin “Beşiktaş” “Yunayted”ə görə hücumçu ilə sözləşməni ləğv edib. Bu səbəbdən MU Türkiyə klubuna 3 milyon avro təzminat ödəyəcək.