23 Noyabr 2024 09:05

4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur-Mikayıl Cabbarov

Azadsöz.az  xəbər  verir  ki, indiyədək sənaye zonalarında 116 sahibkarlıq subyektinə rezident statusu verilib və onlardan 65-i artıq fəaliyyətə başlayıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitterdə yazıb.

“2022-ci ildə bu müəssisələr tərəfindən ümumilikdə 2,9 mlrd. dəyərində məhsul satışı həyata keçirilib ki, bunun da 1 mlrd. ixracın payına düşür.

2021-ci illə müqayisədə satış 20,6%, ixrac isə 10,08% artıb. Sənaye zonalarında 10400-dən çox iş yeri yaradılıb. Mövcud layihələr üzrə əlavə olaraq 460 mln.-a yaxın investisiya-nın yatırılması və 4200-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – nazir bildirib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul