İşğaldan azad olunan Ağdamda böyük Olimpiya İdman Kompleksi yaradılacaq.
Azadsöz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışında bildirib.
“Bildirməliyəm ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq” – deyə dövlət başçısı bildirib.