Azadsöz.az xəbər verir ki, hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusifin adından pul yığılıb.
Bu haqda meyxanaçının instaqram səhifəsində paylaşım edilib.
Bildirilib ki, TikTok sosial şəbəkəsində “atama dəstək olun” adlı səhifə açılıb. Rəşad və oğlu Yusifin şəkli yerləşdirilərək, insanlardan pul istənilib.
“Bu insan Yusifin adından TikTok-da pul yığır. Səhifəni şikayət edək” deyə, paylaşımda yazılıb.
Qeyd edək ki, Rəşad Dağlının instaqram səhifəsini onun qardaşı işlədir.