Azadsöz.az xəbər verir ki, 2023-ü ilin yanvar ayının 26-da saat 10:00-da “Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifələrini müvəqqəti icra edən İlham Mirzəliyev Göyçay şəhərində Göyçay və Ağdaş sakinləri üçün vətəndaş qəbulu keçirəcək.
Qəbulda istilik və isti su təchizatı ilə bağlı vətəndaşları maraqlandıran suallar cavablandırılacaq, istilik təchizatına dair sakinlərin problemləri dinləniləcəkdir.
Qeyd edək ki, qəbul Göyçay şəhəri, Heydər Əliyev prospekti 98, Heydər Əliyev Mərkəzində keçiriləcəkdir.