Azadsöz.az xəbər verir ki, Xalq artisti Ağasəlim Abdullayev evə buraxılıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq, “Yeni Klinika”dan bildirilib.
Qeyd olunub ki, sənətçinin vəziyyəti normaldır:
“Pasiyentin vəziyyəti stabildir. Qarın nahiyəsində şikayətləri önəmli miqdarda azalıb. Demək olar ki, yox dərəcəsindədir. Normal qidalanır və həyati riski yoxdur. Pasiyent bu gün evə buraxılıb”.