20 May 2024 01:57

“Napoli”dən mövsümdə ilk məğlubiyyət

Azadsöz.az xəbər verir ki, Neapol təmsilçisinin uğurlu seriyası 16-cı turda qırılıb. Luçano Spalettinin komandası səfərdə “İnter”ə uduzub – 0:1. Oyunda yeganə qolu 56-cı dəqiqədə Edin Dzeko vurub.

Hazırda “Napoli” 41 xalla liderdir. “Milan” 36 xalla 2-ci, “Yuventus” 34 xalla 3-cü, “İnter” 33 xalla 4-cü pillədə qərarlaşıb.