17 May 2024 08:03

Göyçayın bu kəndində cari təmir işləri aparılıb-FOTO

Azadsöz.az  xəbər  verir  ki, Göyçay rayonun Qaraman kəndinin daxili yollarında cari təmir işləri aparılıb.

Qaraman kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin, bələdiyyənin və kənd sakinlərinin təşkilatçılığı ilə vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Qaraman kəndinin “Atalı məhəlləsi” adlanan yola 6 kamaz çınqıl daşı tökülərək cari təmir işlər aparılıb.