Azadsöz.az xəbər verir ki, ötən gün vəfat edən Göyçay rayonunun Çayarxı kənd sakini 44 günlük Vətən müharibəsində şəhid olan Toğrul Hacıyevin atası Siyavşah Hacıyevlə vida mərasimi keçirilib.
Dəfn mərasimində Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və kənd sakinləri iştirak ediblər.
Evində cənazə namazı qılınıb, Siyavşah Hacıyevin ruhuna dualar oxunub və izdiham içində kənd qəbirstanlığında şəhid oğlunun məzarı yanında torpağa tapşırılıb.