Azadsöz.az xəbər verir ki, sakinlərin asudə vaxtlarının səmərəli keçməsi üçün Göyçay rayon Heydər Əliyev prospektində 2007-ci ildə istifadəyə verilən parkın sürücülər üçün nəzərdə tutulmuş bir hissəsinin sökülməsinə başlanıb.
Uzun müddət idi ki, parkda əsas yol bağlı olduğundan sürücülər məcbur olaraq alternativ yollardan istifadə edirdilər.Bu da sürücülər üçün vaxt itkisinə səbəb olurdu.Sakinlərin xahişini nəzərə alan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev tezliklə bağlı qalan yolun açılaraq istifadəyə verilməsi üçün tapşırıq və göstəriş verib.
Qeyd edək ki, Göyçay Abadlaşdırma və Təmir, Mənzil İstismar İdarəsinin, ATF MMC-nin əməkdaşları və texnikası tərəfindən yolun açılması üçün işlər görülür.