Azadsöz.az xəbər verir ki, Göyçay rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət, qayğı ilə yanaşılır, rayon icra hakimiyyəti həmin ailələrin problemləri ilə mütəmadi maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə bağlı müvafiq tədbirlər həyata keçirir.
Göyçay rayon Zakir Nəcəfov küçəsində yaşayan I Qarabağ müharibəsində ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Anar Niyaz oğlu Zeynalovun anası Fəridə Zeynalova 2022-ci il avqustun 13-də qısaqapanma nəticəsində evi yandığı üçün Göyçay rayon İcra Hakimiyyətinə etdiyi müraciət əsasında yeni fərdi yaşayış evinin tikilməsinə başlanıb.Şəhidimizin ailə üzvləri üçün 150 kv-lıq 5 otaqdan ibarət evin tikilərək ailənin ixtiyarına verilməsi nəzərdə tutulub.
Şəhidin anası Fəridə Zeynalova fərdi yaşayış evinin tikilməsinə və onlara göstərilən qayğıya görə Prezident İham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Göyçay rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
Qeyd edək ki, şəhid Zeynalov Anar Niyaz oğlu 1972-ci ildə Göyçay rayonunda anadan olub.Orta təhsilini Göyçay şəhər Ziya Bünyadov adına 3 saylı tam orta məktəbdə alıb.Daha sonra təhsilini Göyçay 58 saylı Texniki Peşə Məktəbində davam etdirib.Anar Zeynalov 24 avqust 1992-ci ildə Zəngilan rayonunun Qazançı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn edilib.