23 Noyabr 2024 09:04

Daşkəsən, Göygöl və Gədəbəyə qar yağıb

Azadsöz.az xəbər verir ki, dekabrın 3-ü axşam saatlarından başlayaraq Daşkəsən, Göygöl və Gədəbəy rayonlarına qar yağıb.

Daşkəsən rayonunun Xoşbulaq, Qaraqullar, Təzəkənd, Çıraqlı, Əmirvar, Qabaqtəpə, Astaf, Alaxançallı kimi ucqar dağ kəndlərində qarın hündürlüyü 15-25 santimetrə çatıb.

Daşkəsəndə yağan qarın yollarda nəqliyyatın hərəkətinə çətinlik yaratmaması üçün “31 saylı Yol İstismarı” MMC tərəfindən mütəmadi təmizləmə işləri aparılır, qum-duz qarışığı səpilir.

Gədəbəydə ucqar kəndlərə 5-10 sm qar yağıb. Gədəbəydə də yollarda nəqliyyatın hərəkətinə çətinlik yaranmaması üçün qum-duz qarışığı səpilir.

Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti davam edir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul