Azadsöz.az xəbər verir ki, Sülhməramlıların Xankəndidəki qərargahında aparılan danışıqlar Azərbaycan tərəfinin istədiyi nəticəni verib.
Bu barədə “Caliber” məlumat yayıb.
“Xankəndidəki Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Azərgold”un mütəxəssisləri monitorinqin aparılması ilə bağlı növbəti təşkilati məsələləri həll edirlər. Danışıqlar zamanı, təbii olaraq, Laçın dəhlizində formalaşmış tıxac da aradan qalxıb”, – deyə qeyd olunub.
****
15:05
Azadsöz.az xəbər verir ki, Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında bağlanması ilə bağlı məlumatlar yayılıb.
Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, Xankəndidən Ermənistana kilometrlərlə tıxac yaranıb.