08 May 2024 00:29

Fərqliliyimiz Uğurumuzdur

“Avroviziya”da yenilik olacaq

Azadsöz.az xəbər  verir ki, Avropa Yayım Birliyi 2023-cü ildə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsilə bağlı yenilikləri açıqlayıb.

Artıq müsabiqədə iştirak etməyən ölkələrdən olan tamaşaçılar da “Avroviziya”nın qalibinə səs verə biləcəklər.

Həmçinin, yeni mövsümdə hansı ölkələrin yarımfinala yüksələcəyini yalnız tamaşaçılar müəyyən edəcək.

Finalda isə qalibi müəyyən etmək üçün münsiflər heyətinin səsləri əvvəlki kimi tamaşaçıların səsləri ilə birləşdiriləcək.

Qeyd edək ki, 2023-cü ildə 9, 11 və 13 may tarixlərində Liverpulda keçiriləcək 67-ci Avroviziya mahnı müsabiqəsində 37 ölkə qalib olmaq üçün mübarizə aparacaq.