Azadsöz.az xəbər verir ki, 9 noyabr 2022-ci il tarixdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev,RİH başçısı aparatının əməkdaşları, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və şəhid ailələri Göyçay rayonunun Heydər Əliyev parkının giriş hissəsinə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman göyçay şəhidlərini rayon sakinlərinə və rayona gələn qonaqlara daha da yaxından tanıtmaq üçün quraşdırılan monitora baxış keçirib.
Rayon rəhbəri quraşdırılmış monitorla bağlı müəyyən müzakirələr aparıb, aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, 21 oktyabr 2022-ci il tarixdə Energetika naziri Pərviz Şahbazov Göyçayda vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin inzibatı binasında yaradılan şəraitlə tanış olmuşdur. Həmin görüş zaman Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və şəhid ailələri nazirdən Göyçay Heydər Əliyev parkının giriş hissəsini monitorla təmin edilməsini xahiş etmişdilər.