Azadsöz.az xəbər verir ki, Göyçay rayonunun Heydər Əliyev parkının giriş hissəsinə monitor quraşdırılıb.Məqsəd ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman göyçay şəhidlərini rayon sakinlərinə və rayona gələn qonaqlara daha da yaxından tanıtmaqdır.
Qeyd edək ki, 21 oktyabr 2022-ci il tarixdə Energetika naziri Pərviz Şahbazov Göyçayda vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin inzibatı binasında yaradılan şəraitlə tanış olmuşdur. Həmin görüş zaman Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov və şəhid ailələri nazirdən Göyçay Heydər Əliyev parkının giriş hissəsini monitorla təmin edilməsini xahiş etmişdilər.