Azadsöz.az xəbər verir ki, qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Vasif Məmmədovun bu gün ikinci ildönümüdür. Vasif Əlibala oğlu Məmmədov 12 noyabr 1994-cü ildə Göyçay şəhərində anadan olub.
2020-ci il, sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Noyabrın 4-də şəhid olub. Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Vasif Məmmədov ölümündən sonra “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə”, “Füzuli rayonunun azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, bu gün Göyçay şəhər 11 nömrəli Uşaq baxçası şəhidimizin adını daşıyır.