23 Noyabr 2024 08:07

Şəhid Ədalət Dəmirovun ikinci ildönümü qeyd olundu

Azadsöz.az  xəbər  verir  ki,  44 günlük  Vətən müharibəsində şəhid olan, Göyçay rayonu Aşağı  Qaraməryəm kəndindən olan şəhid Dəmirov Ədalət Nüsrət oğlunun ikinci ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq  Ağayev, RİH başçısı aparatının əməkdaşları,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon şöbəsinin rəisi Famil Əliyev, idarə, müəssisə, təşkilatların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin rəhbəri Eldəniz Rüstəmov,  dindarlar, ağsaqqallar, şəhid ailələri, kənd  sakinləri  və  şəhidin ailə üzvləri iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış  edənlər şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Çıxış   edənlər  bildirdilər ki, 27 sentyabr və 10 noyabr! Bu rəqəmlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunan uğurlu rəqəmlərdir. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı günlərdir. 27 sentyabr Azərbaycan torpaqlarının ərazi bütövlüyü, tamlığı uğrunda haqq savaşına çıxdığımız tarixi gündür. 10 noyabra kimi 44 günlük bir yol qət etdik və sonunda Zəfər, Qələbə bizim oldu. Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi  cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı.

Məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonra  tədbir  şəhidimizin  məzunu olduğu Aşağı Qaraməryəm kənd tam orta  məktəbdə davam  edib.Sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə  baxış keçirilib, məktəblilərlə görüşülüb.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Ədalət Dəmirov 09.11.2001-ci il tarixdə Göyçay rayonu Aşağı  Qaraməryəm kəndində anadan olmuşdur. 08.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə çağrılmışdır. 02 noyabr 2020-ci il tarixdə Cəbrayıl istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul