Azadsöz.az xəbər verir ki, qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Ədalət Dəmirovun ikinci ildönümüdür. Ədalət Nüsrət oğlu Dəmirov 2001-ci il 9 noyabrda Göyçay rayonunun Aşağı Qaraməryəm kəndində anadan olub.2008-ci ildə Göyçay rayonunun Aşağı Qaraməryəm kənd orta məktəbin 1-ci sinifinə gedib.
2020-ci il yanvarın 3-də Vətən qarşısında borcunu yerinə yetirmək üçün Göyçay rayon Səfərbərlik Xidmətindən hərbi xidmətə yola düşüb.10 ay Ağcabədi ərazisində yerləşən hərbi hissədə nümunəvi əsgər kimi xidmət edib. Müharibəyə də həmin hərbi hissədən yollanıb.Ə.Dəmirov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsindən bir neçə gün sonra – oktyabr ayının 5-də hərbçi yoldaşları ilə birlikdə Füzuli rayonu uğrunda döyüşlərə göndərilib. Füzuli, Cəbrayıl və Qubadlı döyüşlərində iştirak edib.Oktyabrın 22-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Nəşi sonradan müəyyən olunub. Noyabrın 2-də doğulduğu Aşağı Qaraməryəm kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən, Ədalət Dəmirov “Vətən uğrunda” , “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
https://youtu.be/z0bXJNl4FYs