20 May 2024 13:54

DTX əməliyyat keçirir – Nazir müavini saxlanıldı (YENİLƏNİB)

“Azadsöz.az”  “Qafqazinfo”ya istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirib.

Əməliyyat nəticəsində mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev də saxlanılıb. 

***
12:50

Azadsöz.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hazırda Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirir. 

Əməliyyat zamanı vəzifəli şəxslərin saxlanıldığı bildirilir. 

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.