27 İyul 2024 10:51

Fiqurlu konkisürənimiz bürünc medal qazandı

Azadsöz.az xəbər verir ki,  Azərbaycanın fiqurlu konkisürəni Vladimir Litvintsev Qazaxıstanın Almatı şəhərində Denis Tenin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə bürünc medal qazanıb.

Qısa proqramda 188,77 xala layiq görülən 21 yaşlı idmançı fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Turnirdə birinci yeri 208,47 xalla gürcüstanlı Nioka Eqadze tutub. 192,67 xal  toplayan qazaxıstanlı Dias Jirenbayev isə gümüş medala sahib çıxıb.