Azadsöz.az xəbər verir ki, Ermənistan Rusiya tərəfindən Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətləri müəyyən edən baza prinsipləri və parametrlər əsasında çalışmağa sentyabrın əvvəlində razılıq verib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Twitter“ hesabında yazıb.
Onun sözlərinə görə, Ermənistan Soçidə bunu təsdiq etməyə hazırdır.
Qeyd edək ki, oktyabrın 31-də Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü gözlənilir.