“Qarabağ Vətən müharibəsi” şərti adlı çoxseriyalı bədii televiziya filminin istehsalına başlanılıb.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının qazandığı böyük zəfərə töhfə vermək məqsədilə çəkilən serialın istehsalının ilkin hazırlıq mərhələsi davam edir:
“Ekran əsərinin çəkiliş məkanlarının seçilməsi tamamlanıb, Bakı, Gəncə və Şuşa şəhərlərində, Füzuli, Quba, İsmayıllı, Daşkəsən, Şamaxı, Qəbələ, Xızı rayonlarında və Hadrut qəsəbəsində çəkilişlər planlaşdırılıb. Serialın istehsalı ilə bağlı pirotexnika, əlbəsə, rekvizit, səs və digər sahələr üzrə texniki, həmçinin yaradıcı heyət üzvləri müəyyən olunub və onlar artıq fəaliyyətə başlayıb. Azərbaycanlılardan ibarət aktyor heyətinin seçimi və onlarla sınaq çəkilişləri həyata keçirilib”.
R.Həsənov bildirib ki, “Qarabağ Vətən müharibəsi” şərti adlı serialın çəkilişlərinə gələn ilin martında başlanılacaq:
“Serial 8 bölümdən ibarət olmaqla hər bölüm 1 saat olacaq”.
Şöbə müdirinin sözlərinə görə, serialın bir bölümünün büdcəsi 212 min dollardır və ekran işi 8 bölümdən ibarət olacaq.