Azadsöz.az xəbər verir ki, Ağasəlim Səmədağa oğlu Şükürov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Həmçinin dövlət başçısının digər sərəncamı ilə Səməd Əyyub oğlu Həsənov Azərbaycanın Livanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.