26 Aprel 2024 16:57

Fərqliliyimiz Uğurumuzdur

Şəhid Rüfət Mayılovun ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, Rüfət Bəhram oğlu Mayılov  2001-ci il yanvarın 31-də Göyçay  rayonunun Kürdəmiş  kəndində anadan olub.Subay idi. Rüfət Mayılov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu idi. Xidmət etdiyi hərbi hissədə idman sahəsində dərəcələri yüksək olmuş, fəxri fərman və təşəkkürnamələrlə təltif edilmişdir.

Rüfət Mayılov 2020-ci il sentyabrın 27-də  başlanan Vətən müharibəsində iştirak edərək  Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərə  qatılmışdır. O, 30 sentyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən  şəhidlik  zirvəsinə  ucalıb. Göyçay rayonunun Kürdəmiş kəndində dəfn olunub.

Ölümündən sonra Prezident İlham Əliyevin sərəncamı ilə  “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid Mayılov Rüfət Bəhram oğlu - YouTube